Böyük Britaniya dünyanın ən bahalı dərmanından istifadə etməyə hazırlaşır  
11.03.2021 09:49

Böyük Britaniya onurğa əzələlərin atrofiya xəstəliyini müalicə etmək üçün dünyanın ən bahalı dərmanı olan Zolgensmadan istifadə etməyə hazırlaşır.

 

Aztibb.az bu barədə www.theguardian.com-a istinadən xəbər verir.

 

Bildirilir ki, Milli Səhiyyə Xidməti bu il ilk dəfə olaraq körpələrdə və uşaqlarda nadir görülən və ölümcül xəstəlik olan onurğa əzələlərin atrofiyasının müalicəsi üçün lazım olan dərmanı istifadə edəcək.

 

Bir doza üçün təxminən 2,5 milyon dollar xərclənən Zolgensma, əzələləri zəiflədən və mərkəzi sinir sistemini pozaraq tədricən hərəkət etməyə imkan verməyən, genetik xəstəliyin inkişafını dayandırır. Dərmanın tərkibindəki "onasemnogene abeparvovec" adlı maddə xəstəliyə səbəb olan qüsurlu geni düzəldir, əzələ fəaliyyəti və sinir sisteminin sağlamlığı üçün vacib olan zülalları istehsal edir.

 

Zolgensma bu günə qədər Milli Səhiyyə Xidməti tərəfindən tətbiq olunan ən bahalı müalicə olacaqdır. Bu dərman İsveçrənin Novartis əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 

 

Hər il dünyada 60 min uşağa onurğa əzələlərin atrofiyası diaqnozu qoyulur. Zolgensma bu günə qədər təxminən 40 ölkə tərəfindən təsdiqlənib və onun vasitəsilə 1000-dən çox uşaq müalicə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır