ÜST ekspertləri: COVID-19 əleyhinə vaksinin yan təsirləri orqanizmin gözlənilən reaksiyasıdır
10.03.2021 15:46

Vaksinlərin təhlükəsizliyi üzrə altkomitənin üzvləri bəzi pasiyentlərdə COVID-19 əleyhinə peyvənd alandan sonra müşahidə edilən qripin simptomlarına bənzər yan təsirlər barədə məlumatları araşdırıblar. Ekspertlər bu qənaətə gəliblər ki, bu yan təsirlər təhlükəli deyil və orqanizmin gözlənilən reaksiyasıdır.

 

Aztibb.az bu barədə BMT-nin rəsmi saytına istinadla xəbər verir.

 

Altkomitənin üzvləri kliniki sınaqların gedişində əldə edilən məlumatları öyrənərək onları yan təsirlər barədə bir neçə ölkədən daxil olan məlumatlarla müqayisə ediblər. Söhbət başağrısı, zəiflik, əzələ ağrıları, hərarət və titrətmə kimi simptomlardan gedir. Zəif və mülayim formada özünü göstərən belə simptomlar, adətən bir neçə gün ərzində keçir. Buna bənzər vəziyyətə 55 yaşınadək pasiyentlərdə daha tez-tez rast gəlinir.

 

ÜST-ün altkomitəsinin üzvləri qeyd edirlər ki, qripə bənzər simptomlar hər hansı peyvəndə qarşı immun reaksiyasının təzahürü ola bilər. COVID-19 əleyhinə peyvəndə gəlincə, onların fikrincə, belə kənar təsirlər “tamamilə gözləniləndir”. ÜST mütəxəssisləri peyvəndin təhlükəsizlik və təsirlilik göstəricilərini nəzərə alaraq, peyvənd etməyi əvvəlki kimi məsləhət görürlər. Hazırda ekspertlər artıq işlənib hazırlanan tövsiyələrə dəyişikliklər etməkdə zərurət görmürlər.

 

Bununla yanaşı, onlar pasiyentlərə qrip simptomuna oxşar mümkün reaksiya barədə məlumat verməyi və lazım olan halda tibbi yardım göstərməyi məsləhət görürlər. Ekspertlər vurğulayırlar ki, vaksinin birinci dozasının qəbulundan sonra əmələ gələn bu yan təsirlər ikinci dozanın orqanizmə yeridilməsi üçün maneəyə çevrilməməlidir.

 

ÜST ölkələri bundan sonra da COVID-19 əleyhinə vaksinə reaksiyalar barədə məlumatları izləməyi və peyvəndlənən pasiyentləri müşahidə etməyə çağırır. Daxil olan məlumatlar milli, regional və qlobal səviyyələrdə öyrənilməlidir. ÜST-dən qeyd edirlər ki, bu qaydalar vaksinləmə üzrə kampaniyaların hər birinə aid edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır