Acqarına siqaret çəkməyin ÖLÜMCÜL ZƏRƏRLƏRİ
09.03.2021 11:21

Müasir günümüzdə əksər insanlar siqaret çəkərək aclıq hissini aradan qaldırmağa çalışırlar. Onlar hətta acqarına siqaret çəkməyin zərərsiz olduğunu söyləyirlər. Lakin aclığı siqaret çəkərək aradan qaldırmağın ağciyərlərə vurduğu zərərin onları ölümə yaxınlaşdırdığını bilmirlər.


Aztibb.az xəbəbr verir ki, Harvard Universitetinin mütəxəssisləri siqaretə qatılan aromatizatorların 75%-nin kimyəvi tərkibində toksiki maddələr olduğunu sübut ediblər. Onların araşdırmaları bu aromatizatorların tərkibində diasetil olduğunu ortaya çıxarıb.


Diasetil yağı əvəz edən kimyəvi maddədir. Bu maddə respirator xəstəliklərin əmələ gəlməsinə və bronxların tutulmasına səbəb olur. Düzdür, diasetildən qida sənayesində də istifadə edilir. Amma mütəxəssislər onun uzun müddət istifadə edildiyi zaman zərərli olduğunu qeyd edirlər.


Bronxların tutulması ciddi xəstəliklərə səbəb olur. Bu patoloji prosesi geri qaytarmaq mümkün olmur. Diasetil siqaret vasitəsilə bronxlara daxil olduqda orada hava torbalarına bənzər xırda hissəciklər əmələ gətirir və ağciyərlərin funksiyasını pozur.

 

Bu zaman siqaret çəkənlərdə aşağıdakı əlamətlər meydana çıxır:


öskürmə;
xırıltılı nəfəsalma;
titrətmə-üşütmə;
gecə tərləmələri;
çəkinin azalması.


Mütəxəssislər bu xəstəliyin baş verməməsi üçün uzun müddət acqarına siqaret çəkməyi və ya aclıq hissinin siqaret vasitəsilə aradan qaldırmağı məsləhət bilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama