Diş saralmalarının qarşısını almağın YOLLARI - Stomatoloqla MÜSAHİBƏ
09.03.2021 10:22

Ağ dişlər cəlbedici olduğu qədər, sağlamlıqdan da xəbər verir. Dişlərimizin rəng tonu zamanla dəyişir. Siqaret, qida, içki və müəyyən dərmanlar dişlərdə ləkələr yaradır.

 

Stomatoloq Kamil Abiyev dişlərin qorunması ilə bağlı Aztibb.az-a müsahibə verib.

 

- Dişlərin saralmasının əsas səbəbi nədir?

 

- Təkcə çay və qəhvə deyil, yediyimiz və ya içdiyimiz başqa qidalar da zaman keçdikcə dişlərimizin saralmasına səbəb olur.

 

Dişlərin rənginin dəyişməsinə qalxanabənzər vəzin və ya tiroid hormonu vəzlərinin işində yaranmış pozuntular da təsir edə bilər. Bu proseslər diş minasında ləkələrin yaranmasına səbəb olur.

 

- Saralmaların qarşısını necə almaq olar? Dişlərdə yaranan ləkələri necə dəf edə bilərik?

 

- Dişlərimizin əvvəlki rəngini yenidən bərpa etmək üçün kimyəvi yollardan istifadə etmək mümkün olsa da (məsələn, xüsusi ağardıcı vasitələr kimi), təbii yollardan da istifadə etmək mümkündür.

 

Axşam yeməyindən sonra yerkökü, alma və ya armud kimi meyvələr yemək dişləri cilalayır və diş minası üzərindəki ləkələri aparır. Bərk meyvə və tərəvəzlər tüpürcək “istehsalını” da artırır. Bu tüpürcək isə dişləri diş çürüyünə səbəb olan bakteriyalardan qoruyur.

 

- Dişlərin təbii vasitələrlə, məsələn karbonat, duz ilə fırçalanması da dişləri ağardır. Bu barədə məsləhətiniz necədir?

 

- Doğrudur, dişləri saralan şəxslər bəzən karbonat (çay sodası) və duzla fırçalayaraq dişləri ağartmağa çalışırlar, ancaq bunun fəsadı sonradan məlum olur. Belə ki, çay sodası və duz iri gimircikli maddələr olduğu üçün dişin mina təbəqələrini zədələyə və cıza bilər. Nəticədə dişlər parlaqlığını və yeyib içdiyimiz qidalarla daha qısa zamanda təbii rəngini itirir.

 

- Diş aralarının təmizlənməsi bəzən problem yaradır. Diş çöplərindən, saplardan istifadə edilir..

 

- Diş fırçasının köməyi ilə dişlərin arasında və dişlə damağın arasında olan məsafələri təmizləmək çox çətindir. Yaxşı fırçalanmayan dişlərdə tez-tez karies və diş daşı əmələ gəlir. Bu problemi həll etmək üçün xüsusi diş sapından (apteklərdə satılır) istifadə edilə bilər. Diş sapından gündə bir neçə dəfə istifadə etmək olar. Xüsusilə axşam axırıncı qida qəbulundan sonra diş sapından istifadə məsləhətdir. Diş çöplərindən istifadə isə məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub