Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
08.03.2021 09:35

Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantin qaydalarının tətbiqi, ehtiyac olduğu zaman isə onun sərtləşdirilməsidir. Bu təcrübə özünü dünyada da doğruldub.


Aztibb.az xəbər verir ki, bunu Trend-ə həkim-infeksionist Dilman Əhmədov deyib.


Onun sözlərinə görə, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur: "Martın 29-dan koronavirusla mübarizəyə cəlb olunmuşam və hələ ki, istirahətə getməmişəm, davamlı olaraq bu işlə məşğul olmuşam. Ona görə də, baş verən bütün bu prosesləri aydın şəkildə izləyə bilmişəm. Həm xəstələrin müalicəsi ilə məşğul olduğumdan, həm də idarəetmədə olduğumdan bu fərqləri asanlıqla görə bilirəm. Məsələn, apreldə karantin yumşaldılanda yoluxma halları artmağa, mayda sərtləşdiriləndə azalmağa başladı. Yay aylarında - iyul, avqustda karantin yumşaldığından xəstəliyə yoluxma halları kəskin artmağa başladı. İndi də karantin yumşaldığından yoluxma halları artır. Artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq".

 

D. Əhmədov deyib ki, sərt karantinin tətbiqinin müsbət səmərəsini təxminən 20 gün - 1 ay sonra görmək olur.

 

Həkim qeyd edib ki, karantin indi sərtləşdirilsə belə, təxminən 20 gün ərzində xəstəliyə yoluxma vəziyyətində yüksəlmə görmək mümkündür.


Vaksinasiyanın pandemiyadan qurtulmaq üçün əsas yol olduğunu deyən həkim deyib ki, ölkədə vaksinasiya prosesi sürətlə həyata keçirilsə də, virusa hələ yoluxmayan yetərincə insan var: "Ona görə də, mən karantinin sərtləşdirilməsinin tərəfdarıyam. Bəzi insanlar şikayət edirlər ki, nə vaxta kimi karantin olacaq. Amma fakt odur ki, virusdan ölüm halları yetərli qədərdir. Mən ağır vəziyyətdə olan və virusdan ölən xəstələri görən bir həkim kimi insanlara deyirəm ki, ehtiyac olmadığı halda kütlə arasına çxımayın. Çölə çıxdığınız halda da gigiyenik qaydalara ciddi şəkildə əməl edin. Heç kim çölə çıxanda kombinzon geyinməyə məcbur edilmir. Sadə bir qayda tələb edilir - maska taxmaq, əlləri dezinfeksiya etmək, maskaya əli dezinfeksiya etdikdən sonra toxunmaq lazımdır".

 

Gün ərzində 10-12 saat xəstələrlə işlədiyi halda indiyə qədər virusa yoluxmadığını deyən həkim bunun başlıca səbəbinin gigiyenik qaydalara düzgün əməl etməsi ilə əlaqələndirib: "Xəstəxanada virus yükü daha çoxdur. Havada olan insanların isə yoluxma şansı bizimlə müqayisədə çox azdır. Əgər bu qədər virus yükünün arasında tək maska taxmaqla və gigiyenik qaydalara düzgün əməl etməklə özünü qorumaq mümkündürsə, açıq havada və digər yerlərdə olan insanlar da bunu edə bilərlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib