ÜST Salvadora malyariya xəstəliyinin ləğv edilməsi ilə bağlı sertifikat verib  
06.03.2021 09:55

Salvadora ÜST-dən malyariyanın ləğv edilməsini təsdiqləyən sertifikat verilib. Bu, Salvadorda onilliklər boyu görülən gərgin işlərdən sonra qazanılan çox böyük nailiyyətdir.

 

Aztibb.az xəbər verir ki, ölkədə malyariya xəstələrinin 1990-cı ildə 9 mindən çox olan sayı 2010-cu ildə 26-ya düşüb. Vətəndaş müharibəsindən, qasırğa və zəlzələlərdən sağ çıxmış Salvador maliyyə və insan resurslarını malyariyanın yayılmasının qarşısını almağa yönəldərək, müsbət nəticələrə nail ola bilib. 2017-ci ildən bəri Salvadorda heç bir malyariyaya yoluxma faktı qeydə alınmayıb, bu da ona Mərkəzi Amerikada belə bir sertifikat almış ilk ölkə olmağa imkan verib.

 

Malyariya ilə mübarizədə minlərlə könüllülərin iştirakı bu xəstəliyin diaqnozu və müalicəsi üzrə ölkənin uğurlu strategiyasının möhkəmləndirilməsində mühüm rol oynayıb.

 

Salvador malyariya ilə mübarizədə böyük uğurlar əldə edib. 2000-ci ildən 2015-ci ilə qədər olan dövr ərzində malyariya xəstəliyinə tutulma 62 faiz azalıb. Bununla belə, şiddətli COVID-19 pandemiyası bu təhlükənin yaranma ehtimalını artırır. COVID-19 dövründə bir çox ölkələr səhiyyə işçilərinin təhlükəsizliyini təmin etmək üçün ağcaqanad torlarının, diaqnostik vasitələrin və dərmanların çatdırılması prosesini təkmilləşdiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır