Qonşu ölkələrdə koronavirusla bağlı - Son statistika
12.08.2020 17:06

Gürcüstanda son sutka ərzində daha 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.


Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.


Bildirilir ki, ölkədə yoluxanların sayı 1 278-ə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir.


Bundan əlavə, indiyədək 1 258 nəfər sağalıb. Hazırda 203 aktiv koronavirus xəstəsi var.


Rusiyada son sutka ərzində daha 5 102 nəfərdə COVID-19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 902 min 701-ə çatıb.


Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 177 min 143 nəfər təşkil edir.


Ötən gün ərzində xəstəlik səbəbindən daha 129 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 260-a çatıb. Ümumilikdə 710 min 298 pasiyent isə sağalaraq evinə buraxılıb.


Ermənistanda sutka ərzində daha 201 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 40 794-ə çatıb.


Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. Ümumilikdə 33 492  pasiyent müalicə olunaraq sağalıb, 6 262  xəstənin müalicəsi davam etdirilir.


Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.


İranda son 24 saat ərzində daha 188 nəfər koronavirus səbəbindən həyatını itirib.


Son sutka ərzində ölkə üzrə 2 510 nəfərdə virus aşkarlanıb.


Bununla da ölkədə koronavirus qurbanlarının sayı 18 min 988 nəfərə, yoluxanların sayı isə 333 min 699 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır