Ağır koronavirus xəstələrində ECMO cihazından istifadəyə dair müzakirələr aparılıb
05.03.2021 19:36
5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.
Aztibb.az xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev açılış nitqi ilə çıxış edərək ağır koronavirus xəstələrində düzgün ECMO istifadəsinin vacib rolundan danışıb.
Koronavirus pandemiyası dünya gündəmini zəbt etdiyi andan etibarən Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizədə ön cəbhədə mübarizə apardığını vurğulayan Bəxtiyar Musayev uğurlu ECMO istifadəsinə dair hospitalın təcrübəsini bölüşüb. Ökəmizdə ilk dəfə koronaviruslu xəstədə ECMO cihazının məhz Mərkəzi Gömrük Hospitalında uğurla tətbiq olunduğunu deyən Bəxiyar Musayev seminarın işinə uğurlar arzulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d, Dr. Rəşad Mahmudov çıxış edərək Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Elmi-Təcrübi və Tədris Mərkəzinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təkmilləşdirici seminarlar, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün konfrans və təlimlər təşkil etdiyini deyən Rəşad Mahmudov davamlı tibbi təhsilin tibb işçilərinin peşəkar fəaliyyətində mühüm rola malik olduğunu qeyd edib.
Seminar Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, anestezioloq-reanimatoloq Dr. Tural Sadıqovun “Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO?”, hospitalın anestezioloq-reanimatoloqu Dr. Xəyal Məmmədovun “Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu” və hospitalın ürək-damar cərrahı Dr. Kənan Əsədovun “ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi” mövzularındakı təqdimatları ilə davam edib.
Rəşad Mahmudovun moderatorluğu və 100-ə yaxın həkimin iştirakı ilə həyata keçirilən onlayn seminarda müxtəlif mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03

