ABŞ-ın iki ştatında maska rejimi ləğv edilir
05.03.2021 15:38

ABŞ-ın iki ştatının administrasiyası maska rejiminin ləğv olunduğunu və bütün iqtisadi fəaliyyətin bərpa olunacağını elan edib.

 

Aztibb.az xəbər verir ki, səhiyyə sisteminin nümayəndələri COVID-19-la bağlı təhlükəsizlik tədbirlərini zəiflətməyin pis nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, Texas ştatının qubernatoru Qreq Ebbott maska taxılması tələbini ləğv edir.

 

Q.Ebbott bildirib ki, martın 13-dən etibarən bütün müəssisələr yenidən fəaliyyətə başlaya biləcəklər: “Texas sakinlərinin çoxu işə düzəlmək imkanından məhrum olub. Kiçik biznes sahiblərinin əksəriyyəti öz hesablarını ödəməyə çətinlik çəkir. Buna son qoymaq lazımdır. Texas iqtisadiyyatını 100 faiz bərpa etməyin vaxtı çatıb”.

 

Qubernator qeyd edib ki, ölkədə COVID-19-a yeni yoluxma və xəstələnənlərin stasionarda müalicə üçün yerləşdirilməsi halları azalmaqda davam edir. Lakin səhiyyə ekspertlərinin sözlərinə görə, indiki vaxtda məhdudiyyətlərin zəiflədilməsi, xüsusən virusun yeni ştamlarının yayılması yenidən geniş vüsət ala bilər. Son bir ildə Texas sakinləri koronavirusa yoluxmadan xilas olmağa kömək edən gündəlik davranış vərdişlərini mənimsəyiblər. Cons Hopkins Universitetinin məlumatına görə, martın 1-nə qədər Texas sakinlərinin 6,57 faizi peyvəndlənib.

 

Missisipi ştatının qubernatoru Teyt Rivz də maskalarla bağlı bütün tələblərin qüvvədə olma müddətinin başa çatmasını və müəssisələrin öz fəaliyyətini tamamilə bərpa edə bilməsini elan edib. Yeni sərəncamlar artıq qüvvəyə minib. T.Rivz deyib: “Xəstəxanalara yerləşdirilənlərin və xəstələnənlərin sayı kəskin şəkildə azalıb, vaksin sürətlə yayılır. Artıq vaxtdır!”

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib