Koronavirusun mutasiyalarına görə qorunma tədbirləri davam etdirilməlidir - ÜST
04.03.2021 08:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarının gözlənilməz olması səbəbindən virusa qarşı qorunma tədbirlərinin davam etdirilməsinə çağırır.

 

Aztibb.az məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuyanoviç deyib.

 

M.Vuyanoviç bildirib: "Yeni mutasiyalar bütün laboratoriyaların ciddi nəzarəti altındadır. Rusiyada da genetik tədqiqatlar aparılır. Hansı mutasiyaların olacağını və mutasiyalara nələrin səbəb olacağını heç kim qabaqcadan görə bilməz, bu səbəbdən qorunma tədbirlərinin davam etdirilməsi çox vacibdir".

 

ÜST-ün nümayəndəsi qeyd edib ki, tibbi maskalardan istifadə, şəxsi gigiyena və sosial məsafə pandemiya ilə mübarizədə zəruri tədbirlərdir: "Mümkün olan hər şeyi etmək çox vacibdir: həm peyvəndlər, həm fiziki məsafə, həm gigiyena, həm də maskalar, çünki virusun yayılmasını dayandırmalıyıq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır