Mərkəzi Gömrük Hospitalının Ordudan tərxis olunan əməkdaşı fəaliyyətinə başlayıb
03.03.2021 15:39
İkinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təcili yardım həkimi Racu Nəbiyev ordudan tərxis olunaraq Mərkəzi Gömrük Hospitalında fəaliyyətinə başlayıb.
 
Aztibb.az xəbər verir ki, 33 yaşlı R.Nəbiyev İkinci Qarabağ muharibəsinin başlaması ilə 1 oktyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. Hərbi vəziyyətlərdə tibbi xidmətlərin göstərilməsi ilə bağlı lazımi bilik və bacarıqlara malik olan tabor tibb məntəqə rəisi R.Nəbiyev Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə batalyon həkimi kimi tibbi xidmət göstərib.
 
Qeyd edək ki, R.Nəbiyev 2004-2010-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2011-ci ildən əmək fəaliyyətinə başlayan R.Nəbiyev bir neçə dövlət qurumunda həkim kimi çalışıb, 2020-ci ildən isə fəaliyyətini Mərkəzi Gömrük Hospitalında davam etdirməkdədir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib