Azərbaycanlı alim koronavirusa qarşı vaksin hazırlayır
11.08.2020 23:37

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdəniz Universitetinin professoru Tərlan Məmmədov koronavirusa qarşı bitki mənşəli vaksin üzərində tədqiqatlar aparır. O, bu istiqamətdə 20 nəfər magistr və aspirantdan ibarət bir heyətlə çalışır. Alim hazırlanan bitki mənşəli vaksinlə bağlı  ''Xəzər Xəbər''ə müsahibə verib.

 

Aztibb.az-ın məlumatına görə, T.Məmmədov qeyd edib ki, COVID-19 qarşı vaksinin hazırlanması istiqamətində işlər uğurla davam etdirilir. Bu məqsədlə bir neçə vaksinin nümunəsi hazırlanaraq heyvanlar üzərində test edilib.

 

Alimin sözlərinə görə, ən vacib məsələlərdən biri COVID-19-a yoluxmuş, lakin sonradan sağalan xəstələrdən götürülən qanda aparılan analizlərdir. Bu istiqamətdə də müsbət nəticələr əldə olunub.

 
T.Məmmədov qeyd edib ki, hazırlanacaq vaksinin növbəti mərhələdə insanlar üzərində sınağı keçirləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır