Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksinlər barədə fikirlərindən yazıb
01.03.2021 23:22

Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

 

Aztibb.az xəbər verir ki, Prezident İlham Əliyevin bəzi ölkələrin qeyri-səmimi davranışlarının COVID-19 virusuna qarşı peyvəndlərin dünyada ədalətsiz bölgüsünə gətirib çıxarması, COVAX təşəbbüsü üzrə vaksin paylanmasındakı gecikmələr, istehsalçı və distribüter şirkətlərin sifarişçilər qarşısındakı öhdəliklərini yerinə yetirməməsi barədə dediyi sözlər Çin KİV-lərinin xəbərlərində əksini tapıb.

 

Çin mediası dövlətimizin başçısının bu bəlaya qarşı birgə mübarizə barədə həmrəylik bəyanatlarına baxmayaraq, praktikada tamamilə əks vəziyyət göründüyü, bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin alması fikrini vurğulayaraq, digərlərinin vaksinsiz qala biləcəyini yazır.

 

“Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsünə lap əvvəldən qoşulub. Bu təşəbbüs üzrə Azərbaycanın almalı olduğu “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndləri hələ də ölkəyə daxil olmayıb”, - deyə Çin mediası yazır.

 

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər.

 

Qeyd olunub ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib