Hər bir qazi elektron protezlə təmin ediləcək
01.03.2021 18:10

“Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlayıb. Onların hər birinin müasir protez təminatı həyata keçiriləcək”.

 

Bu barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilmiş, yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verildiyini deyib.

 

Nazir bildirib ki, 2021-ci ildə daha 4 belə mərkəzin açılması nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə onlardan birinin – ölkədə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının fevralın 25-də açılışı olub. Ümumilikdə, yaradılmış potensial ildə artıq 30 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərməyə imkan verir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib