Artıq çəki yeniyetmə qızlar üçün təhlükəlidir - Həkimlər xəbərdarlıq edir
01.03.2021 14:30

ABŞ-ın Ekoloji Tibb Milli İnstitutu müəyyən edib ki, piylənmə qızların cinsi yetişkənliyinə birbaşa təsir edir. Daha əvvəl aparılmış tədqiqatlar göstərib ki, piylənməsi olan qızlarda cinsi yetişkənlik və ilk menstruasiya normal çəkili qızlardan əvvəl başlayır.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Amerika alimlərinin son tədqiqatlarına əsasən, orqanizmində həddən artıq piy olan qızlarda cinsiyyət yetişkənlik dövrünün ortasında və sonunda FSH, ingibin B, eləcə də testosteron kimi kişi hormonları daxil olmaqla bəzi reproduktiv hormonların daha yüksək səviyyələri müşahidə olunur.

 

Artıq çəkili bəzi qızlarda testosteronun daha yüksək səviyyəsi bədəndə qeyri-müntəzəm menstruasiya dövrləri, akne və bədəndə tüklənmə ilə müşahidə olunur.

 

Bununla yanaşı, artıq çəki fonunda cinsiyyət yetişkənliyi dövrünün sonunda sinə böyüməsində ləngimə və menstruasiyanın erkən başlaması təsbit edilib. Lakin yumurtalıqların yetişməsinə və uşaqlığın vəziyyətinə artıq çəki təsir etməyib.

 

Bu nəticələr 8-15 yaşlı 90 qız üzərində dördillik müşahidələrə əsasən əldə olunub. İştirakçılardan 36 qız piylənmədən əziyyət çəkib, 54 qız isə normal çəkiyə malik olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama