ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz hesab edib
11.08.2020 21:19
"Rusiyanın koronavirus əleyhinə peyvəndi ABŞ-ın bu sahədə apardığı təcrübələrdən belə geri qalır və olduqca az müddətdə testdən keçirilib”.
 
Aztibb.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin köməkçisi Kellina Konnuey səsləndirib.
 
“Fox News” kanalına müsahibə verən K.Konnuey Rusiyanın bununla bağlı tətbiq etdiyi standartları sərt şəkildə tənqid edib. O, ABŞ-ın bu məsələdə daha məsuliyyətli davrandığını söyləyib.
 
“Bizim laboratoriyamız sınaqların 3-cü mərhələsində olan 6 potensial peyvəndə malikdir”, - deyə K.Konnuey bildirib.
 
Birləşmiş Ştatlar prezidenti Donald Tramp da peyvəndin bu ilin noyabr ayının 3-nə təyin olunan prezident seçkilərinə qədər hazır olacağını vəd edib. Doğrudur, bir çox ekspertlər prezidentin bu məsələyə əl uzatmasından heç də məmnun deyillər. Onlar Trampın seçkilər naminə əczaçı şirkətləri tələsdirərək, peyvəndin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağından ehtiyat edirlər.
 
Hətta Rusiya əczaçıları da rəsmi Moskvanı bu məsələdə tələsməməyə çağırır, peyvəndin qeydiyyatının başqa tarixə keçirilməsini istəyirlər. Onların fikrincə, Rusiya peyvəndinin hansı keyfiyyətdə olduğu hələ məlum deyil.
 
Bununla bağlı Rusiyanın Klinik Araşdırmalar üzrə Təşkilatlar Assosiasiyası yazılı şəkildə prezidentə müraciət edib.
 
Qeyd etmək lazımdır ki, bəhs olunan təşkilata “Bayer”, “AstraZeneca”, “Novartis” kimi iri əczaçılıq firmaları da daxildir.
 
Sənəddə Rusiyanın peyvəndlə bağlı sınaqlarında 100 nəfərdən az adamın iştirak etdiyi vurğulanıb. Halbuki 3-cü mərhələdə preparat ən az 1000 nəfərin üzərində sınanılmalı idi. Bu fazada təkcə peyvəndin keyfiyyəti deyil, həmçinin onun zəif immunitetə malik və xroniki xəstəlik daşıyan insanlara təhlükə törədib-törətmədiyi yoxlanılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır