Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
01.03.2021 09:53

Bu gündən etibarən Azərbaycan vətəndaşları neqativ koronavirus test nəticəsini (“PCR” test) təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.


Aztibb.az xəbər verir ki, bu gündən qüvvəyə minən yeni qayda fevralın 24-də elan olunub.

 

Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib.

 

Qaydalara əsasən, bu ölkələrin vətəndaşları Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.

 

Qeyd edək ki, Gürcüstanda beynəlxalq aviareyslərin fevralın 1-dən etibarən bərpa olunmasına baxmayaraq Azərbaycan daxil olmaqla bir sıra ölkələrin vətəndaşları yalnız tam vaksinasiyadan keçdiklərinə dair arayış təqdim edərək ölkəyə daxil ola bilərdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib