Fevralın 28-i Beynəlxalq Nadir Xəstəliklər Günüdür  
28.02.2021 09:43

Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alıb. Qısa aylarda həmin gün fevralın 28-də qeyd edilir. Onun hədəfi ictimaiyyətin diqqətini həmin problemə cəlb etmək, nadir xəstəliklər və onların təsiri haqqında məlumat çatdırmaqdan ibarətdir.

 

Aztibb.az xəbər verir ki, nadir xəstəliklərin müxtəlif simptom və nəticələrinə baxmayaraq, xəstələrin əksəriyyətində oxşar problemlər müşahidə olunur. Bu, düzgün diaqnostikanın olmaması və diaqnoz qoyulmasında gecikmə, keyfiyyətli informasiyanın yoxluğu, xəstəlik haqqında elmi biliklərin, ağır ictimai şəraitin, müalicə, keyfiyyətli tibbi yardımın göstərilməməsi və müalicənin olmaması ilə əlaqədardır.

 

Nadir xəstəliklərlə tibbin hər sahəsində üzləşmək mümkündür. Mütəxəssilərin hesablamalarına görə, təxminən 5-7 min nadir xəstəlik var və 80 faizi genetikdir. Onların arasında olduqca ekzotik xəstəliklərə rast gəlinir: Kabuki sindromu, Pallistera-Killiana sindromu, inkişaf edən sümük geteroplaziyası, Qoşe xəstəliyi. Daha tez-tez rast gəlinən xəstəliklərə isə mukovissidoz, hemofiliya, xərçəngin müxtəlif formaları, mieloma, Alsheymer, Qentingtona xəstəliyi və başqaları daxildir. Həmin xəstəliklər orfan (nadir) dərmanlarla müalicə edilir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu dərmanların alınması dövlət büdcəsindən maliyyələşdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır