Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27.02.2021 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi İntiqam Əkbərovun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Qazimiz Zəngilan istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını və sağ qolunu itirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Aztibb.az-a verilən məlumata görə, İntiqam Əkbərov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib.

 

Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

 

İ.Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs kimi bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş sosial təminat hüquqlarından, güzəşt və imtiyazlardan da yararlana biləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib