Səhiyyə komitəsinin sədr müavini: "Avropa liderləri peyvəndlənmə ilə bağlı ölkələrə təzyiq edirlər"
27.02.2021 10:01

Avropa İttifaqının (Aİ) onlayn sammitində peyvənd və “Rəqəmsal Peyvənd Pasportu” mövzusuna dair bir sıra məsələlər müzakirə olunub. Sammitdə Çin peyvəndi vurduranlara şengen vizasının verilməyəcəyi iddiaları səsləndirilib. Bildirilib ki, Çin istehsal olan peyvəndlər Aİ tərəfindən hələ təsdiqlənməyib.

 

Aztibb.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Çin istehsalı olan koronovirus peyvəndi olunan vətəndaşların Avropa ölkələrinə viza almasına əngəl qoyula bilməsi ilə əlaqədar mediada çıxan xəbərlərə dair fikirlərini bölüşüb:

 

“Avropa Birliyinin siyasi liderlərinin keçirdiyi dünənki onlayn sammitində Çin peyvəndi vurulmuş və ona bağlı olaraq rəqəmsal peyvənd pasportu olan ölkələrin Avropaya girişinin əngəllənməsi məsələsi gündəmə gəlib. Hesab edirəm ki, bu fikir heç bir tibbi əsasa söykənmir, heç bir tibbi reallığı özündə əks etdirməyən siyasi bir qərardır. Avropa liderləri davam edən peyvəndlənmə işlərində dünya ölkələrinə təzyiq edərək daha çox Avropa və onların nəzarətində olan ölkələrdə hazırlanmış peyvəndlərin istifadəsinə üstünlük verdirməyə çalışırlar. COVID-19-un bütün dünyaya olduğu kimi, Avropa ölkələrinə vermiş olduğu iqtisadi zərərlərin müəyyən qədər geri qaytarılması üçün bu şəkildə qeyri-tibbi iddialar ortaya atılıb. Bir səhiyyə işçisi kimi, bu düşüncə ilə razı deyiləm, peyvəndlərin uzunmüddətli nəticələri haqqında dəqiq bir fikir bildirmək mümkün deyil. Lakin bu günə qədər dünyada ən çox peyvənd istehsal edən “Sinovac”ın digər peyvəndlərlə müqayisədə üstünlükəri daha çoxdur. “Sinovac” bu gün peyvənd sektorunda ən çox söz sahibi olan bir şirkət olub.

 

Bu gün “Sinovac”ın Avropadan təsdiq almaması o demək deyil ki, peyvəndlər keyfiyyətsizdir.

 

Sadəcə “Sinovac” şirkəti dünyadakı siyasi vəziyyəti də nəzərə alaraq ümumiyyətlə Avropa Birliyinə müraciət etməyib ki, peyvəndin hansısa kriteriyalar içində qəbul edilməsinə dəstək olsunlar. Hər halda siyasi rərhbərlərin, xüsusən A.Merkelin sammitdəki çıxışlarına əsasən deyə bilərəm ki, bu məsələ ilə bağlı konkret bir əngəl yoxdur. Belə bir qərarın olması dünyada qəbul olunacaq reallıq deyil. Ümid edək ki, bütün dünyada formasından asılı olmayaraq vurulan peyvəndlər insanlıq üçün faydalı olacaq. Biz ilk növbədə bunun arzusunda olmalıyıq. Əfsuslar olsun ki, bu gün peyvəndlərin qısa və ya uzun faydalılığından çox hansı ölkənin peyvəndlərinin istifadə olunduğu və buradan nə qədər gəlir götürəcəyi ilə əlaqədar iqtisadi maraqlar daha çox ön plana çıxır”.

 

Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti bütün bu spekulyativ düşüncələrə baxmayaraq, öz vətəndaşının sağlamlığının qorunması üçün lazım olan addımları atır:

 

“Dünya səhiyyə ekspertləri, dünya elm adamları və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə uyğun olaraq, Operativ Qərargah və yerli mütəxəssislər dəfələrlə ölçüb biçdikdən sonra müəyyən qərarlar verir. Bundan sonra da vətəndaşlarımızın sağlamlığı üçün ən doğru qərarlar veriləcək. Bu gün isə ölkəmizdə tətbiq olunan Çin peyvəndi peyvəndlər arasında ən təhlükəsizidir. Daha əvvəl tədqiqatlarda göstərildiyi kimi, gələcəkdə bunun faydalılığı görəcəyik”.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları