Peyvənd millətçiliyi və COVID-19 pandemiyasının geosiyasi aspektləri - Araşdırma
26.02.2021 11:52

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Ülviyyə Bayramlının “London Post” qəzetində “Peyvənd millətçiliyi və COVID-19 pandemiyasının geosiyasi aspektləri” başlıqlı məqaləsi dərc edilib.

 

Aztibb.az-ın məlumatına görə, müəllif yazıda qeyd edir ki, pandemiyanın yaratdığı uğursuz meyillər arasında ən son və ən aktual olanı peyvənd millətçiliyidir. Bildirilir ki, peyvəndin paylanması nə ədalətli, nə də bərabər olmayıb, hətta inkişaf etmiş ölkələr belə peyvənd paylanması mövzusunda öz aralarında mübahisə edirlər.

 

Qeyd olunur ki, idarə olunan 128 milyon doza peyvəndin dörddə üçündən çoxu ümumilikdə 10 ölkədə tətbiq edilib: “Təxminən 2,5 milyard əhalisi olan 130 ölkədə hələ də COVID-19 peyvəndi tətbiq edilmədiyi halda, digər ölkələr bütün əhalilərini dəfələrlə aşılayacaq qədər peyvəndlə təmin ediblər”.

 

Məqalədə bildirilir ki, Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının (QH) hazırkı sədri olaraq, Azərbaycan bərabər mənada peyvənd paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, rəsmi məsuliyyət daşıyır: “Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı bir yanaşma seçib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib.

 

Müəllif qeyd edir ki, mənəvi və iqtisadi baxımdan peyvənd millətçiliyi hər bir dövlətin ən yaxşı mənafeyinə qarşı işləyən, yalnız böhranı uzadan, uğursuzluğa məhkum olan bir strategiyadır.

 

Daha ətraflı: http://thelondonpost.net/vaccine-nationalism-and-geopolitics-of-covid-19/

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib