ÜST: COVID-19-un “Britaniya" ştammı 100-dən çox ölkədə aşkar edilib
25.02.2021 12:00

Daha yüksək yoluxma qabiliyyəti ilə fərqlənən Böyük Britaniyada aşkar edilən VOC 202012/01 koronavirus ştammı son bir həftə ərzində daha yeddi dövlətdə qeydə alınıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Sənəddə deyilir ki, ÜST-ün altı regionunundan 101 dövlət bu ştammın qeydə alındığını bildirib.

 

İlk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkar edilən koronavirusun digər ştammı (501Y.V2) da yayılma coğrafiyasını genişləndirib. Ötən həftə ərzində o, daha beş dövlətdə aşkar edilib, onların ümumi sayı 51-ə çatır. ÜST, bu ştammda baş verən mutasiyaların virusun immunitet sisteminin reaksiyasından qaçmasına kömək etdiyini vurğulayıb. Beləliklə, bu ştamm artıq COVID-19-dan sağalan və ya vaksinasiya prosedurundan keçənlər üçün də təhlükəlidir.

 

Yaponiya və Braziliyada aşkar edilən ştamm daha səkkiz ölkədə aşkar edilib. Hazırda bu ştamm 29 dövlətdə qeydə alınıb.

 

Azərbaycanda koronavirusun yeni ştammları qeydə alınmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır