Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub  
25.02.2021 11:42

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Aztibb.az-a bildirilib ki, körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,4), Quba-Xaçmaz (14,5), Kəlbəcər-Laçın (14,4), Lənkəran (14,1), Aran (14,0), Yuxarı Qarabağ (13,2) və Şəki-Zaqatala (13,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

 

Bununla yanaşı, ötən il ölkədə 75 min 647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib. Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20 min 653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43 min 478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib