ÜST: Koronavirusdan ölüm halları son həftə ərzində 20 faiz azalıb
24.02.2021 13:00

Fevralın 15-dən 21-dək dünyada koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə, 11 faiz, ölüm halları isə 20 faiz azalıb. Virusa yoluxmada artıq ardıcıl olaraq altıncı həftədir azalma müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərində dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.

 

“Artıq altıncı həftədir ki, dünyada yeni yoluxmalar ardıcıl olaraq azalır. Ötən həftə ərzində 2 milyon 457 min 26 yoluxma və 66 min 359 ölüm halı qeydə alınıb. Fevralın 21-nə olan məlumata əsasən, indiyə qədər dünya üzrə koronavirusa 110 milyon 763 min 898 nəfər yoluxub, 2 milyon 455 min 331 nəfər həyatını itirib”, - deyə sənəddə bildirilir.

 

ÜST-ün məlumatına görə, yoluxma hallarının azalması ən çox Şimali və Cənubi Amerikada (19 faiz), Qərbi Sakit okean regionunda (9 faiz), Avropada (7 faiz) və Şərqi Aralıq dənizi regionunda (7 faiz) müşahidə edilib. Həmin regionlarda ölüm hallarında da azalma qeydə alınıb: müvafiq olaraq 23, 6, 19 və 3 faiz. Koronavirusdan ölüm hallarının sayı Afrikada 20 faiz, Cənub-Şərqi Asiyada isə 6 faiz aşağı düşüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır