Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbərini qəbul edib (FOTO)
24.02.2021 13:10

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib.

 

Aztibb.az-ın məlumatına görə, Ombudsman Aparatından bildirilib ki, görüş zamanı Ombudsman qonağa təsisatın əhalinin sağlamlıq hüququnun təmini sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Qeyd olunub ki, yeni növ COVID-19 virusu səbəbilə ölkəmizdə elan olunan xüsusi karantin rejimi dövründə Ombudsmana ünvanlanan müraciətlər onlayn formada qəbul edilib. Müraciətlərin effektiv araşdırılmasının təmin edilməsi məqsədilə Ombudsmanın qaynar xətləri bir mərkəzdə birləşdirilməklə yaradılmış 916 vahid Çağrı Mərkəzinin yeni növ koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılıb.

 

Pandemiya dövründə əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ünvanlandığı, əhalinin həssas qruplarına aid insanların hüquqlarının müdafiəsinin Ombudsmanın diqqət mərkəzində olduğu bildirilib.

 

Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının daha effektiv təmini məqsədilə təsisatda “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” sektorunun yaradıldığını qonağın diqqətinə çatdırıb.

 

Vətən müharibəsi dövründə Ermənistanın hərbi hücumlarına məruz qalmış ərazilərimizdə yerində araşdırmalar həyata keçirdiyini bildirən Ombudsman insan hüquqlarının və humanitar hüququn normalarının pozulması ilə bağlı xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini qeyd edib.

 

Müharibədən zərər çəkmiş şəxslərlə görüşlərin keçirildiyi və Ombudsmanın təşəbbüsü ilə peşəkar psixoloq və psixiatrlar tərəfindən Vətən müharibəsi nəticəsində yaralanmış qazilərimizə və şəhid ailələrinə psixoloji yardımın göstərildiyi vurğulanıb.

 

Hande Harmancı Ombudsman təsisatı ilə birgə əməkdaşlığın gücləndirilməsində və vətəndaş cəmiyyəti institutlarının da bu proseslərdə iştirakının təmin edilməsində maraqlı olduğunu bildirib.

 

Görüş zamanı tərəflər əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır