ÜST infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsi missiyasını həyata keçirib
23.02.2021 13:59

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndirilməsi üçün missiya həyata keçirib.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində keçirilib.

 

Missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonunda yerləşən tibb müəssisələrində xəstələrin skrininq və triaj, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, həmçinin tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsi həyata keçirilib.

 

Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib və ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində və mövcud karantin məhdudiyyətləri və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır