Qubada ağır vəziyyətdə doğulan əkiz uşaqların həyatları xilas edilib  
23.02.2021 11:36

Quba Regional Perinatal Mərkəzində vaxtından əvvəl doğulduğuna görə ağır vəziyyətdə olan əkiz uşaqların həyatları xilas edilib.

 

Yanvarın 31-də hərbçi ailəsində əkiz oğlan uşaqları dünyaya gəlib. Ana Zülfiyyə Talıbova Xaçmaz rayonunun Xudat şəhərindən təcili tibbi yardım maşınında yüksək təzyiqlə Perinatal Mərkəzə gətirilib. Hamilə qadın dərhal əməliyyata götürülüb və vaxtından əvvəl, hamiləliyin 30 həftəsində 1400 və 1450 qram çəkisi olan əkiz oğlan uşaqları dünyaya gəlib.

 

Ağır vəziyyətdə olan əkiz uşaqların ağ ciyərlərinə 2 dəfə dövlət təminatlı “Curosurf” preparatı yeridilib. Uşaqlar tənəffüs dəstəyi aparatına bağlanıb.

 

Hazırda hər iki uşağın vəziyyəti stabilləşib, sərbəst tənəffüs alırlar. Körpələrin çəkiləri 1800 və 1785 qrama qədər artıb. Əkizlər yaxın günlərdə ailələrinə qovuşacaqlar.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib