Cənub-Şərqi Asiyada vahid vaksin sertifikatının tətbiq olunması təklif edilir
21.02.2021 16:21

Malayziya hökuməti Cənub-Şərqi Asiyada vahid vaksin sertifikatının tətbiq olunmasını təklif edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat naziri Vi Ka Sion məlumat verib.

 

“Biz Səhiyyə Nazirliyi və Elm, Texnologiya və İnnovasiyalar Nazirliyi ilə koronavirusa qarşı peyvənd vurulan insanlara vahid sertifikatın verilməsi məsələsini müzakirə etmişik. Bu məsələni Xarici İşlər Nazirliyi vasitəsilə regionun digər ölkələrinə çatdırmağı planlaşdırırıq”, - deyə Nəqliyyat naziri bildirib. Vi Ka Sion bu məsələni sinqapurlu həmkarı ilə müzakirə etdiyini də əlavə edib.

 

Nazir, həmçinin bildirib ki, bu təklifin qəbulu peyvənd vurulmuş malayziyalı səyyahların ətraf ölkələrə səfər etmələrinə və bu zaman karantində qalmamalarına şərait yaradacaq. Beləliklə, regionda aviaəlaqə bərpa olunacaq.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər