Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq  
21.02.2021 11:23

Amerika alimləri 75% ölüm riskli “Nipax” virusunun yayılması təhlükəsi haqqında xəbərdarlıq ediblər.

 

Aztibb.az news.ru-ya istinadən xəbər verir ki, yeni pandemiya xəbərdarlığı barədə “The Sun” yazıb.

 

Kentukki Universitetinin Molekulyar və hüceyrə biokimyası kafedrasının rəhbəri Rebekki Datçın sözlərinə görə, bu virus növbəti pandemiyaya səbəb olacaq. Bu halda “Nipax”ın ölüm faizi COVID-19-dan da yüksəkdir. Yeni virusun ölüm faizi 45-dən 75-ə qədər təşkil edir.

 

Ekspert, həmçinin qeyd edib ki, bu infeksiyanın ştammları mutasiya edə və insanlar üçün daha yoluxucu ola bilər.

 

Öz növbəsində həkim Melani Sevill dünyanın “çox böyük" pandemiyaya hazırlaşması zəruriliyi ilə bağlı xəbərdarlıq edib. Həkim hesab edir ki, bu halda o indikidən daha pis olacaq.

 

Ekspert əmindir ki, bəşəriyyəti “qara ölüm” miqyaslı yeni pandemiya gözləyir. O aviauçuşları və dünya ticarətini qeyd edib. Mütəxəssis bunu nəzərə alaraq, əmindir ki, virus bir neçə həftə ərzində dünyada simptomsuz daşıyıcılar vasitəsilə yayıla bilər. Ölkələrin sərhədləri bağlanana qədər virus daha on milyonlarla insanı öldürərək.

 

“Nipax” virusu beyində güclü şişin yaranmasına, qıcolmaya və qusmaya səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, o, simptomsuz yayıla, həmçinin ciddi respirator problemlərə və ensefalitə səbəb ola bilər. Bundan başqa, tədqiqatçılar “Nipax”ın uzun müddətli – 45 günlük inkubasiya dövründən də narahatdırlar.

 

ÜST “Nipax”ı bəşəriyyət üçün ən təhlükəli viruslardan biri adlandırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib