Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu  
20.02.2021 18:50

Ötən gün Braziliyanın Rio Bananal şəhərində sakinlər üçün nəzərdə tutulan koronavirusa qarşı peyvəndin hamısı sıradan çıxıb.

 

Aztibb.az www.bbc.com-a istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, 9 yaşlı uşağın vaksinasiya mərkəzində səhvən elektrik lövhəsini söndürməsi soyuducuda saxlanılan “CovonaVac” peyvəndinin 133 dozasının, habelə qan testi nümunələrinin və başqa dərmanların məhv olmasına səbəb olub.

 

Nəticədə şəhər bələdiyyəsi həssas qruplar arasında peyvəndləmə aparmaq üçün yenidən doza gətirtmək məcburiyyətində qalıb.

 

Şahidlərin sözlərinə görə, uşaq oynayaraq skamyaya dırmaşıb və elektrik lövhəsinin içində sayrışan qırmızı lampanı söndürmək istəyərkən səhvən elektrik təchizatını şəbəkədən ayırıb.

 

Hadisəyə dair araşdırma aparılır.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər