Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin ediləcək
20.02.2021 13:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi Həsənov Murad Teyyub oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

 

Nazirlikdən  verilən məlumata görə, M.Həsənov nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

 

Qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar  əlillik və bununla bağlı olaraq aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan  da yararlana biləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib