Avropa İttifaqından COVAX-a 1 milyard avroluq dəstək
20.02.2021 09:10

Avropa İttifaqı (Aİ) qlobal vaksin proqramı olan COVAX-a 1 milyard avro dəstək göstərəcək.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyasının rəhbəri Ursula von der Leyen Afrikadakı vaksinasiya işləri üçün də əlavə olaraq 100 milyon avro dəstək təmin edəcəklərini açıqlayıb.

 

Onun sözlərinə görə, bu, vaksinə ədalətli və bərabərhüquqlu əlçatanlığı təmin etmək məqsədi daşıyır:

 

“Yalnız bütün dünya təhlükəsizlikdə olduqda, biz də təhlükəsizlikdə olacağıq. Çatdırılma yaxında başlayacaq”.

 

Von der Leyen xatırladıb ki, Aİ daha əvvəl vaksinasiya üçün 500 milyon avro kömək göstərməyi öhdəliyinə götürmüşdü, ancaq bu məbləğ 1 milyard avroyadək artırılıb.

 

Qeyd edək ki, COVAX proqramı koronavirus vaksinlərinin dünyanın varlı və kasıb ölkələrinə bərabər, sürətli və ədalətli şəkildə paylanmasını nəzərdə tutur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib