İsrail peyvəndlənməyə cəlb etmək üçün bu üsuldan istifadə edir - Fotolar
19.02.2021 14:39

Əhali nisbətinə görə dünyada ən çox peyvəndlənmə göstəricisinə sahib olan İsraildə insanları vaksinasiyaya cəlb etmək üçün maraqlı üsul seçilib.

 

Aztibb.az xəbər verir ki, Təl-Əviv bələdiyyəsi gənclərə yönəlmiş kampaniya çərçivəsində şəhərin mərkəzində barları olan bir küçədə səyyar peyvənd mərkəzi qurub. Kampaniya çərçivəsində sözügedən mərkəzdə peyvənd olunmağa gələnlərə müxtəlif növ pulsuz içkilər və şiriniyyatlar paylanılıb. Vaksin vurduranlara içkilərin alkoqolsuz olduğu barədə məlumat verilməyib.

 

Təl-Əviv bələdiyyəsinin mətbuat katibi Eytan Halon şəhərdə hər kəsin peyvənd olunması üçün bu cür kampaniyaların təşkil edildiyini bildirib. Şəhərin tamamilə təhlükəsiz və sağlam olması üçün bütün sakinlərin peyvəndlənməli olduğunu söyləyən Halon “Təl-Əvivdə yaşlı insanları peyvənd etmək asandır, amma gənclər bu məsələdə daha çətindir. Onları yanımıza gətirmək əvəzinə bu axşam peyvəndi onlara gətirdik”,- deyə qeyd edib.

 

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, təqribən 9,3 milyon əhalisi olan ölkədə peyvəndin ilk dozası 4 milyon 195 min 707 nəfərə, ikinci doza isə 2 milyon 825 min 589 nəfərə tətbiq olunub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib