"Rəmiş reanimasiyadadır, yanına buraxmırlar" - Xanımından açıqlama
19.02.2021 11:46

Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

 

Aztibb.az-ın məlumatına görə, gitara ifaçısının xanımı Gülü Hüseynova onun müalicəsinin davam etdiyini bildirib. 

 

"Rəmiş hazırda reanimasiyadadır. Həkimlər lazım olan hər şeyi edirlər. Amma məni yanına buraxmırlar. Rəmiş xəstəxanaya yerləşdirilən gündən onu görmürəm. İnanıram ki, tezliklə ayağa qalxacaq", - deyə G.Hüseynova bildirib.

 

Qaraciyərində problem olan Xalq artistinin halı son günlər pisləşmişdi. Sənətçinin qaraciyərinə su yığılmışdı.

 

Qeyd edək ki, Rəmiş  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib