ÜST Afrikada COVID-19 əleyhinə vaksinləmə üzrə irimiqyaslı treninqə başlayır
19.02.2021 10:29

Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin milyonlarla sakininin vaksinlənməsi üçün maddi resurslar, həmçinin kampaniyanın başlanması üçün xüsusi hazırlıq keçmiş menecerlər və tibbi personal tələb olunur.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı afrikalı və beynəlxalq tərəfdaşlarla birgə treninqə başlayır. Ekspertlərlə telekonfranslar əsasında təşkil olunan treninqlərin yaxın 3 ayda 120 min iştirakçını, o cümlədən Afrikanın müxtəlif ölkələrinin nümayəndələrini əhatə edəcəyi gözlənilir.

 

Eyni zamanda, Afrikanın qabaqcıl təcrübə mərkəzlərindən olan peşəkarlar üçün regional platformalar yaradılır. Bu regional platformalar bütün ərazilərdə yerləşdirilən personalı istiqamətləndirəcək və yenilənmiş kliniki praktikanı onlarla bölüşəcək.

 

Afrikada COVID-19-a yoluxma hallarının sayı bu ilin yanvarında 50 faiz artıb ki, bu da virusun daha yoluxucu növlərinin yayılmasına şərait yaradıb. Bu günədək Afrika qitəsində 3,8 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb (99.964 nəfər bu xəstəlikdən ölüb). Beləliklə, vərəm, malyariya və İİÇV kimi xəstəliklərin müalicəsi üçün mütəxəssis çatışmazlığı müşahidə olunur.

 

Hələ 2015-ci ildə bu qarşılıqlı yardım sistemindən istifadə etməyə başlayan ilk Afrika dövləti olmuş Namibiya İİÇV-yə qarşı mübarizə üçün ölkənin daha təcrid olunmuş klinikalarının ekspertlərini əlaqələndirib. Buna görə də COVID-19 əmələ gəldiyi zaman məlumatların yayılması və koronavirus pandemiyası səbəbindən tibbi xidmətlərin təqdimatında yaranan fasilələrin aradan qaldırılması üçün həmin platformadan istifadə etmək asan oldu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib