Daha bir qazi protezlə təmin ediləcək
17.02.2021 16:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizin qəhrəmanlarından daha birinin - Əsgərzadə Bəkir Zakir oğlunun ailəsini ziyarət ediblər.

 

Nazirlikdən bildirilib ki, B.Əsgərzadə Vətən Müharibəsində şərəfli döyüş yolu keçib, döyüşlərin birində ağır yaralanıb. Onun 5 nəfərdən ibarət ailəsinin (qazinin anası, atası, qardaşı, bacısı) sosial vəziyyəti öyrənilib. Ailənin əmək qabiliyyətli olan, lakin işləməyən üzvlərinin məşğulluq məsələlərinin  həlli üçün işlər aparılır. 

 

B.Əsgərzadənin yüksək texnologiyalı protezlə təmin edilməsi qərara alınıb. Bununla əlaqədar o, Nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ölçülər götürülüb, protezləşməyə hazırlıq üçün evə buraxılıb. Qısa müddət ərzində qazimiz yüksək texnologiyalı protez ilə də təmin olunacaq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib