Esmira Alməmmədova: "Ağcaqanad və digər böcəklərin sancması İİV-ə yoluxdurmur"
17.02.2021 12:01

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova müsahibə verib.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- AİDS/QİÇS nədir? İnsan orqanizmində inkişaf prosesi necədir?

 

- İlk növbədə qeyd etməliyəm ki, bu iki anlayışı biri birindən ayırmaq lazımdır.

İİV – İnsanın İmmunçatışmazlığı Virusu (НİV, ВИЧ)

İIV-infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. (HIV-infection, ВИЧ-инфекция).

 

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu (AIDS, СПИД). İİV-infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir.

 

- İİV- infeksiyasının insan orqanizminə necə təsir göstərir?

 

- İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir. Orqanizmin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir, eləcə də insanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir. Müalicə tətbiq olunmadıqda isə xəstəlik ölümlə nəticələnir.

 

- İİV/QİÇS haqqında nələri bilməliyik?

 

- Tam müalicəsi yoxdur: tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır.

 

- İnsanlar çox zaman xəstəliyə yoluxma yollarını qarışdırırlar.Bu haqqda daha dəqiq məlumat verə bilərsinizmi?

 

- Xəstəliyə yoluxma yollarına gəldikdə, İİV-ə yoluxmanın cəmi 3 yolu var. Cinsi yol: İİV-ə yoluxmuş insanla homo- və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində.

 

Parenteral yol: İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı;

 

İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində;

 

İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində.

 

Perinatal yol: İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində.

 

İnsanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər. İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV bu yollarla da keçməz: əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması.

 

İİV-infeksiyasına yoluxma diaqnozu necə qoyulur?

 

- İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqqda məlumatı olmur. İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə müayinənin nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir.

 

- QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd varmı? Özümüzü necə qorumalıyıq?

 

- Bu günə kimi İİV-ə qarşı effektiv peyvəndlərin hazırlanması mümkün olmamışdır. Lakin, buna baxmayaraq dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir.

 

İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirləri bunlardır: 

Donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrdə universal təhlükəsizlik tədbirlərinin tətbiqi;

Hamilə qadınların İİV-ə müayınə ilə əhatə olunması;

Anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması;

Risk qruplarının İİV-ə müayinəyə cəlb olunmasının genişləndirilməsi;

İİV-ə yoluxmuş insanlara İİV/QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təminatı;

Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işinin genişləndirilməsi.

 

Yoluxmanın qarşısını necə almaq olar? Narkotik maddələrdən istifadə etməmək. İstifadə edən şəxslər isə fərdi şpiris və digər inyeksiya ləvazimatlarından istifadə etməlidir. Təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək. Kosmetoloji prosedurlar (Manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan istifadə etmək. Yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Qastrit və xora zamanı necə qidalanmalı?
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
 Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”   
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi