“Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır” - Səhiyyə Nazirliyi
10.08.2020 13:27

Jurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan “yox” cavabı verilməsindən narazılığını bildirib.

 

D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: “15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır”. 

 

D.Sakit həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də “yox” cavabı verilib:

 

“Poliklinika və 103 xidmətindən dedilər ki, biz evdə heç kimdən analiz götürmürük, özələ gedin. Yaxşı, koronaviruslu xəstə evindən çıxanda 300 manat cərimə, yaxud cinayət işi açılır. Bu adam özəl klinikaya necə getsin? Özəl klinikalara zəng vurdum, dedim, qanını gətirim analiz edin, dedilər, qəti olmaz, siz xəstə ilə eyni evdə yaşayırsınız, kontaktda olursunuz, sizi klinikaya buraxa bilmərik”. 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşa hər iki halda prosedura uyğun olaraq doğru cavab verilib:

 

“Qəbul edilmiş evdə müalicə proseduruna uyğun olaraq, COVİD-19 testi pozitiv çıxan və evdə müalicə olunan şəxslər 14 gündən sonra avtomatik olaraq sağalmış sayılır və onların adı sistemdən silinir. Həmin şəxslərdən təkrar test götürməyə ehtiyac yoxdur. Bu şəxslər artıq koronaviruslu xəstə sayılmadığı üçün evdən çıxmalarına görə də cinayət məsuliyyətinə cəlb olunmurlar. 

 

Qan analizi götürülməsinə gəldikdə isə, COVİD-19 xəstələrinin evdə müalicə proseduruna evdə qan analizi götürülməsi daxil deyil”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır