Azərbaycanda sağlamlığa zərər verməyən milli saç boyaları istehsal ediləcək
16.02.2021 22:03

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

 

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, professor Əbülfəz Babayev, icraçı direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib. 

 

Sonra “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova çıxış edərək rəhbərlik etdiyi qurum haqqında məlumat verib, bu müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehalını həyata keçirəcəyini vurğulayıb. Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, bu boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.

 

Direktor qeyd edib ki, yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoymuş şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. O, əlavə edib ki, ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalandan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.

 

Daha sonra U.Xanlarova rəhbərlik etdiyi müəssisə tərəfindən istehsal olunan məhsulların ekologiyaya, insan sağlamlığına təsiri, keyfiyyəti, tərkibi və qiyməti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.

 

YT Parkın baş direktoru, prof. Əbülfəz Babayev texnoparkda fəaliyyətə başlaması nəzərdə tutulan “AZCOSMETICS GROUP” MMC tərəfindən istehsal olunacaq məhsulun bütün göstəricilərinin beynəlxalq tələblərə cavab verəcəyini, sertifikatlı resept əsasında hazırlanacağını bildirib. Alimin sözlərinə görə, “AZCOSMETICS GROUP” MMC ilə icra olunacaq layihə çərçivəsində istehsal edilən məhsulların, ilk növbədə yüksək keyfiyyətli olmasına üstünlük veriləcək. O, həmçinin qeyd edib ki, AMEA alimlərinin tədqiqatları əsasında istehsal prosesində istifadə olunan komponentlərin təbii maddələrdən alınan qatqılarla əvəz olunması planlaşdırılır.

 

Layihə çərçivəsində AMEA alimlərinin müvafiq sahədə apardıqları tədqiqatlara yer ayrılmasının, eləcə də Ağ Naftalan əsaslı maddələrin istehsalının nəzərdə tutulduğunu vurğulayan Ə.Babayev istehsal zamanı xaricdən alınan xammalın tədricən yerli xammalla əvəzlənməsi ilə yüksək keyfiyyətli Azərbaycan brendinin yaradılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

 

Daha sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

 

Sonda Şura sədri, akademik R.Əliquliyev çıxış edərək saç boyaları üzrə elmi və texnoloji səviyyədə tədqiqatların aparılmasının zəruriliyi məsələsinə toxunub. O, “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda fəaliyyətə başlaması ilə AMEA-da bu istiqamətlərdə araşdırmalara yer ayrılması sayəsində milli boya məhsullarının istehsalının həyata keçiriləcəyini vurğulayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib