Orqanizmi təmizləyir, arıqlamağa kömək edir - Şəfalı qarışım
10.08.2020 11:12

Həddən artıq çəki orqanizmdə piy qatının çox olması ilə bağlıdır. Köklük böyrək, ürək, qaraciyər və bir sıra digər orqanlara ciddi ziyan vura bilər, bud və diz oynaqları də bundan zərər çəkə bilər.

 

Artıq çəkisi olan insanlarda yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkərli diabet, öd kisəsinin funksiyasının pozğunluğu, qaraciyər piylənməsi və s. kimi xəstəliklərin inkişafı riski olduqca böyükdür.

 

Aztibb.az artıq çəkini azaltmaq və orqanizmi zərərli maddələrdən təmizləmək üçün kömək edəcək sadə resept təqdim edir.

 

İnqrediyentlər:

- Su – 3 lt

- 1 limon

- 60 qram cəfəri

 

Hazırlanması:

Xırda doğranmış cəfəri şirəsi sıxılmış limonla qarışdırılır, üzərinə su əlavə edilir və blenderden keçirilir

 

Qəbul qaydası:

5 gün ərzində acqarına bu qarşımı qəbul edin. Qəbul etməzdən öncə onu hər dəfə qarışdırın.

Bundan sonra 10 gün fasilə edilməlidir. 

 

Bu içkidənin tərkibində olan çox sayda mineral və vitaminlər orqanizmi təmin edir və piylərin yanması prosesini sürətləndirir.

 

Cəfəri bədəndən artıq mayenin çıxarılması prosesində faydalıdır. Həmçinin həzm prosesini yaxşılaşdırır, beləliklə meteorizmi (köpmə) aradan qaldırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub