Bütün hərbi hospitallar peyvəndləmə üçün lazımi avadanlıqlarla təmin edilib - Baş sanitar həkim
16.02.2021 10:26

Azərbaycan Silahlı Qüvələrində vaksinasiya prosesi strategiyaya tam uyğun həyata keçirilir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

 

O, bildirib ki, ilkin olaraq orduda risk qrupuna daxil olan şəxslər vaksinasiya olunacaq:

 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "COVID-19" əleyhinə 2021-2022-ci il illərdə vaksinasiya strategiyasına uyğun olaraq Müdafiə naziri tərəfindən sərəncam imzalanıb.

 

Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib".

 

Polkovnik-leytenant deyib ki, Azərbaycan Ordusunda vaksinasiya prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və göstərişlərinə uyğun olaraq aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib