5 saylı xəstəxananın şöbə müdiri: "Peyvənddən sonra özümü yaxşı hiss edirəm"
13.02.2021 12:01

"Azərbaycanda vaksinasiya prosesi başlayan ilk günlərdə peyvənd vurdurmuşam, özümü çox yaxşı hiss edirəm".

 

Bunu 5 saylı şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov bildirib.

 

O, vaksinasiyadan sonra səhhətində narahatlıq hiss etmədiyini deyib: “Bizim xəstəxanada digər işçilər də mənimlə eyni vaxtda peyvənd olunublar, onların da səhhəti qaydasındadır".

 

Şöhrət Məmmədov vətəndaşların peyvənd olunmasının zəruriliyini qeyd edib:

 

"İnsanlara tövsiyə edirəm ki, peyvənd vurdurmaqdan qorxmasınlar. Vaksinasiya orqanizmdə immunitetin yaranması üçün vacibdir. Hesab edirəm ki, hamı peyvənd olunsa, pandemiyanın öhdəsindən gəlmək mümkün olacaq. Həm də ölkəmizin istifadə etdiyi “CoronoVac” vaksini təhlükəsizdir. Tərkibində insan sağlamlığı üçün hər hansı zərərli maddə yoxdur".

 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat