Koronavirusla mübarizədə biz üç təhlükə ilə üzləşdik - ÜST rəhbəri
12.02.2021 18:52

Pandemiya ilə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsində yaradılan beynəlxalq koalisiyanın büdcəsində 27 milyard dollar çatışmır. ACT Accelerator platformasının məqsədi COVID-19-un qarşısının alınması, diaqnostikası və müalicəsi üçün lazımlı vasitələrin hazırlanmasını qlobal səviyyədə sürətləndirməkdir.

 

“Bu maliyyə boşluğunun aradan qaldırılması məsələsi uzandıqca, bunun niyə baş verdiyinin dərk edilməsi də bir o qədər çətinləşir, axı söhbət “Böyük iyirmilik” ölkələrinin iqtisadiyyatlarının stimullaşdırılması üzrə tədbirlərə xərclədikləri trilyonlarla dolların cüzi bir hissəsindən gedir”. 

 

Aztibb.az xəbər verir ki, bunu ÜST-ün Baş direktoru Tedros Qebreyesus Cenevrədə mətbuat konfransında deyib.

 

ÜST rəhbərinin bildirdiyi ikinci təhlükə, ölkələr və vaksin istehsalçıları arasındakı ikitərəfli müqavilələrdir. O, hökumətləri vaksinlərin satın alınması və ədalətli paylanması mexanizmi olan COVAX vasitəsilə işləməyə və bu beynəlxalq alyansla rəqabət aparmağa çalışmamağa çağırdı.

 

Dərhal həll edilməsi tələb olunan üçüncü problem vaksin istehsalının həcminin artması ilə bağlıdır. Doktor Tedrosun sözlərinə görə artıma, lisenziyalaşdırma və texnologiya ötürülməsi də daxil olmaqla müxtəlif sektorlar arasında "yenilikçi əməkdaşlıq" sayəsində nail olmaq lazımdır.

 

Yeni, daha yoluxucu koronavirus ştammlarının ortaya çıxması ÜST-ü çox narahat edir. Məsələn, ilk dəfə Cənubi Afrikada aşkar edilən variant qitəyə sürətlə yayılır və artıq səkkiz Afrika ölkəsində aşkar edilib. Böyük Britaniyada ilk dəfə aşkarlanan ştammı da dayandıra bilmirlər.

 

"Bu, əlbəttə, kədərli xəbərlərdir, lakin vəziyyət çox dinamikdir", - deyə Tedros Qebreyesus qeyd edib. Biz COVID-19-un bütün formalarından qoruya biləcək bir vaksinin hazırlanacağına çox ümid edirik, amma bu gün xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb olan ağır xəstəlik hallarının qarşısını almaq çox vacibdir". Xatırladaq ki, bu həftə Cənubi Afrikada, araşdırmalara görə B1.351 adlanan ştamma yoluxmadan qorumadığına görə Oxford/AstraZeneca istehsalı olan preparatla vaksinasiya prosesi dayandırılıb.

 

ÜST, mövcud vaksinlərin yeni ştammlardan nə dərəcədə qoruduğunu vaxtında aydınlaşdırmaq üçün koronavirusun bütün mutasiyalarının izlənilməsinə dair koordinasiyalı yanaşma işləyib tapmaq lazım olduğunu israr edir. "Pandemiya başa çatmaqdan çox uzaqdır, vaksin isə ona qarşı mübarizədə vacib alətlərdən təkcə biridir. Biz tibb işçilərinin və səhiyyə sistemlərinin qorunmasına daha çox sərmayə qoymalıyıq, həmçinin, artıq məlum tədbirləri fəal şəkildə tətbiq etməliyik - maska taxmaq, əlləri yumaq və bir-birimizlə məsafə saxlamaq lazımdır", – deyə doktor Tedros sonda xatırladıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır