Cozef Bayden: İyulun sonunadək 300 milyon amerikalı peyvənd olunacaq
12.02.2021 09:06

Birləşmiş Ştatlarda iyul ayının sonlarına qədər 300 milyon amerikalını peyvənd etmək üçün yetərincə vaksin ehtiyatı olacaq.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Merilend ştatındakı milli səhiyyə institutlarında çıxış edərkən deyib.

 

“İyul ayının sonlarınadək 300 milyon amerikalını peyvənd etmək üçün kifayət qədər vaksin ehtiyatı yaratmaq üzrəyik. Bu, bizə lazım olan sürətli irəliləyiş kimi səslənməyə bilər. Amma gəlin aydınlaşdıraq: Mən ABŞ Prezidenti postuna gələndə, ölkədə pandemiya ilə mübarizə planı ümumiyyətlə yox idi”, - deyə Cozef Bayden bildirib. O, həmçinin qeyd edib ki, hazırkı prezident administrasiyası amerikalı vaksin istehsalçıları “Pfizer” və “Moderna” şirkətlərinin hər birindən 100 milyon vaksin dozasının alınması üzrə müqavilələr imzalayıb.

 

“Biz bütün amerikalıları peyvənd etmək üçün kifayət qədər peyvənd tədarükü görmüşük. Hazırda insanların bu vaksini əldə etmələri üzərində çalışırıq”, - deyə dövlət başçısı qeyd edib.

 

Beləliklə, söhbət 600 milyon vaksin dozasından gedir. ABŞ preparatları ilə vaksinasiya iki mərhələdə aparılır. Milli institutlar hər bir istehsalçının iyulun sonlarınadək 300 milyon vaksin dozası çatdıracağını bildirib. 2019-cu ilə olan məlumata əsasən, ABŞ əhalisinin sayı 328,2 milyon nəfər təşkil edir.

 

İndiyə qədər dünyada 159,3 milyon nəfər koronavirusa qarşı peyvənd edilib ki, bu da planet əhalisinin təxminən 2 faizinə bərabərdir. Ən çox peyvəndləmə ABŞ-da aparılıb - 48 milyondan çox (əhalinin 14 faizi). İkinci yerdə Çin (40 milyondan çox), üçüncü yerdə isə Böyük Britaniya (14 milyondan çox) qərarlaşıb. Dünya üzrə vaksinasiyanın 65 faizi bu üç ölkənin payına düşür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib