Səhiyyə Nazirliyi orta məktəblərdə sorğu keçirəcək
12.02.2021 16:02

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu ilin fevral-mart aylarında Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə sorğu keçiriləcək.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, şagirdlər və məktəb kollektivi arasında keçirilən sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini sağlamlaşdırmaq, şagirdlər və məktəb kollektivi arasında sağlam həyat tərzini təbliğ və təşviq etmək məqsədi daşıyır.

 

Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində həyata keçiriləcək. Bu sırada yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdən başlayaraq sorğuya artıq start verilib, şagirdlərin və kollektivin sorğuda fəal iştirakı müşahidə edilib.

 

Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib