Adil Allahverdiyev: "Azərbaycanda hələlik COVID-19-un yeni ştammı aşkarlanmayıb"
12.02.2021 14:22

“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.

 

Bunu V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

 

Direktor bildirib ki, Türkiyədə Cənubi  Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: “Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna  baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil".

 

Həkimin sözlərinə görə,  Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır: “Bununla bağlı bizim kifayət qədər təchizatımız var. Aylardır TƏBİB tərəfindən bunlar təşkil olunub. Bu, genom analizi ilə müəyyənləşdirilir”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib