Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə daxil olan müraciətlərin sayı 30% azalıb
09.08.2020 08:04

Son günlər təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə daxil olan müraciətlərin sayı 30 faiz azalıb.

Aztibb.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bunu nazirliyin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə koronavirusa ümumi yoluxanların sayı 34 minə yaxındır: "Koronavirusa yoluxanlardan təxminən 89 faizi sağalıb, 10 faizinin isə hələ müalicəsi davam etməkdədir. Bu günə kimi təxminən 780 minə yaxın test aparılıb.

Son həftələr ərzində koronavirus infeksiyasının dinamikasında müsbət tendensiya müşahidə olunur ki, bu da dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət olunmasının nəticəsidir: "Bir daha vətəndaşları COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyət və həmrəylik nümayiş etdirib tələb və qaydalara riayət etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırıram".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır