Hər iki ayağını itirən qazi yüksək texnologiyalı protezlə təmin edilir
11.02.2021 15:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən Alxasov Camal İlqar oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müharibədə şərəfli döyüş yolu keçən C.Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Sumqayıt sakini olan qazi bu günlərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunub. Müvafiq ölçülər götürülüb, lazımi təlimatlar verilib.

 

Protezləşməyə tam hazır olandan sonra C.Alxasov yüksək texnologiyalı protezlə təmin ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib