ÜST “AstraZeneca” peyvəndinin tətbiqini tövsiyə edib
11.02.2021 12:29

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ekspertlər Şurası “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndinin tətbiqini tövsiyə edib.

 

Aztibb.az xəbər verir ki, şuranın sədri Alexandro Kravioto peyvəndlə bağlı mətbuatda gedən məlumatlara da aydınlıq gətirib. O bildirib ki, COVID-19 xəstəliyini yüngül keçirilməsi bu şirkətin istehsal etdiyi peyvəndin təsir gücünə dəlalət etmir və müəyyən edilib ki, peyvənd maddəsi xəstəliyin ağır formalarına qarşı da effektiv təsir gücünə malikdir. 26 ekspert və alimi öz ətrafında birləşdirən Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurasının (SAGE) bu tövsiyəsinə ÜST də qoşulub. Şura bütün peyvənd maddələrinə dair elmi-təcrübi tədqiqat, kliniki test və statistik göstəriciləri yoxlayaraq, onların tətbiq edilib-edilməməsi və ya necə tətbiqi barədə tövsiyələr verir.

 

ÜST-ün peyvəndlər üzrə mütəxəssisi Keyt O´Brayn isə bildirib ki, nisbətən yüngül keçən xəstəlik gedişatında peyvəndin təsir gücünün daha ağır keçən gedişatlarla müqayisədə aydın hiss edilməməsi bütün peyvənd maddələrinə xas xüsusiyyətdir.

 

Qeyd edilməlidir ki, bu şura “BioNTech/Pfizer“ və “Moderna“ peyvəndləri üçün də oxşar tövsiyələrlə çıxış etmişdi. Bu tövsiyələr əsasında da ÜST həmin peyvəndlərə təcili istifadə üçün icazə vermişdi. Bu icazə ölkələr üçün hansısa bir xüsusi əhəmiyyət daşımasa da, BMT təsisatlarının həmin peyvəndi alış və tətbiqi üçün əsas şərt sayılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır