“iPhone 12” smartfonu sağlamlıq üçün zərərlidir
10.02.2021 14:52

ABŞ kardioloqları “iPhone 12” smartfonunun ürək xəstəsi olan insanlar üçün təhlükəli olduğunu təsdiq ediblər. 

 

Aztibb.az www.medimagazin.com.tr-yə  istinadən yazır ki, Henri Ford adına Ürək və Damar İnstitutunun (Detroyt) mütəxəssisləri tədqiqat apararaq yeni “iPhone” smartfonlarının sağlamlıq üçün təhlükəli olmasını açıqlayıblar. Həkimlərin sözlərinə görə, “Apple” smartfonlarında yerləşən maqnit implantasiya edilmiş kardiostimulyator və defibrilyatorların fəaliyyətinə təsir göstərir. Eksperiment çərçivəsində doktor Qurcit Sinqh və onun həmkarları “iPhone 12 Pro” modelini implantasiya edilmiş defibrilyator xəstəsinin sinəsi üzərinə yaxınlaşdırıblar. Əməliyyat nəticəsində quraşdırılmış tibbi avadanlıqlar sönüb. “Biz telefonu sinədən ayırdıqdan sonra defibrilyator dərhal normal iş rejiminə qayıtdı”, – Q.Sinqh qeyd edib.

 

Alimin sözlərinə görə, ekspert qrupu qurğunun bu davranışından çox təəccüblənib. “Biz “iPhone”da olan maqnitin tibbi cihaza təsir göstərmək üçün zəif olduğunu düşünürdük”, – mütəxəssis vurğulayıb. O, izah edib ki, implantasiya edilmiş kardioloji cihazlar həkimlərin lazım olduqda avadanlığın işinə qeyri-invaziv təsir göstərməsi üçün maqnit dəyişdirici açara malikdir.

 

Məlumata görə, smartfonlar ürək xəstəsi olan insanlara ziyan vura bilər. ABŞ həkimləri implantasiya edilmiş tibbi avadanlıqlarla bağlı problemləri aradan qaldırmaq üçün “iPhone 12” seriyalı qurğuları köynəyin və ya paltonun üst cibində gəzdirməməyi, eləcə də sinə üzərinə qoymamağı tövsiyə edirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib